“Kurtlar Vadisi”nin aktrisası illər sonra ekranlara qayıtdı – FOTO

“Kurtlar Vadisi” serialında Laz Ziyanın qızı Meralı canlandıran Müge Ulusoy “Kapı” serialı ilə çəkilişlərə qayıtma həyəcanını yaşayır.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, Ulusoy TRT-nin rəqəmsal kanalı üçün çəkilən “Kapı” serialının heyətinə qatılıb. Rejissoru Nihat Özcanın olduğu serialda Müge Ulusoy 8 yaşlı oğlu olan və iş adamı əri tərəfindən zorakılığa məruz qalan Sevgi rolunu canlandıracaq.

Müge Ulusoy jurnalist Birsen Altuntaşa açıqlamasında yenidən çəkilişlərə başladığı üçün həyəcanlı olduğunu bildirib: “Çoxlu ssenari oxudum və tələsmədən oynamağı çox sevəcəyim rolu seçdim. Oxuyan kimi ‘hə’ dediyim Sevgi obrazına həyat verəcəyim üçün həyəcanlanıram. Darıxdığım setlərdə peşəmlə məşğul olmağa davam edəcəyəm”.