Kiyev öz hərbçilərini Kurskda silahı yerə qoymağa və təslim olmağa çağırmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ Prezidentinin çağırışını effektiv reallaşdırmaq üçün Ukrayna hərbi-siyasi rəhbərliyi öz hərbi bölmələrinə silahı yerə qoymağı və təslim olmağı tapşırmalıdır”, – Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, bu təqdirdə ukraynalı hərbçiləri humanist münasibət gözləyir.
“Silahı yerə qoyduqları və təslim olduqları təqdirdə sağ qalacaqlar və beynəlxalq hüquqa, eləcə də Rusiya qanunlarına uyğun olaraq humanist rəftar görəcəklər”, – o bildirib.
Aysel Əliyeva
Globalinfo.az














