Kursk vilayətində yerləşən Qornal və Oleşnyada şiddətli döyüşlər davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanları məlumat yayıb.
“Rus qırıcılarının hərəkətləri Ukrayna Silahlı Qüvvələrinin, xüsusən də desant-hücum briqadaları və 132-ci kəşfiyyat batalyonunun sıralarında ciddi itkilərə səbəb olur. Sumı vilayətində Ukrayna ordusu Veselovka ərazisinə uğursuz əks-hücuma keçib. Nəticədə xeyli itki olub”, – deyə bildirilib.
Xatırladaq ki, Rusiyanın “Şimal” qruplaşması aprelin 8-də Kursk vilayətinin Qornal və Oleşnya kəndlərinə hücuma başlayıb.
Bu yaşayış məntəqələri Ukrayna hərbçilərinin regionda nəzarətində olan sonuncu yaşayış məntəqəsidir.
Əliyar Xəlil
Globalinfo.az