1728906830 tramp hede

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BRİKS ölkələrini hədələyib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

“BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışdığı ideyasını izləyirik. Biz bu ölkələrdən tələb edirik ki, yeni BRİKS valyutasını yaratmasınlar və güclü ABŞ dollarını əvəz edəcək başqa valyutaları dəstəkləməsinlər.Əks halda, onlar 100 faiz gömrük tarifləri ilə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar”, – Tramp bildirib.

Qeyd edək ki, Azərbaycan BRİKS-ə üzv olmaq üçün müraciət edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: