Qayınatasını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Qayınatasını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Globalinfo.az-a verilən xəbərə görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***09:22

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Globalinfo.az “Report”a istinadən verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb.

Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

X X X

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə qızının həyat yoldaşı – Nurulla Mərdanov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.