Kürdəmirdə ağır qəza: Ölən var + FOTO

Kürdəmirdə ağır qəza: Ölən var + FOTO

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı– Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, saat 13:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) həyat əlamətləri olmadan (ölü vəziyyətdə) gətirilib.

Müayinələr nəticəsində bioloji ölüm halı təsdiqlənib.

Kürdəmirdə ağır qəza: Ölən var + FOTOKürdəmirdə ağır qəza: Ölən var + FOTO