ptLgMv5NdbWl2j3uhr1VrlNN3Ii0lOkp40xzVb7f 1200

Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər  verir ki, 1982-ci il təvəllüdlü X.Muradov məhkəmənin qərarı ilə 30 sutka (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati həbs) inzibati qaydada həbs olunub.

Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində “DSK yolu” adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı.

Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.

 

Paylaş: