Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az report-a istinadən xəbər verir ki, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda fakt araşdırılır və yol qəzasında dünyasını dəyişənlərin kimliyi dəqiqləşdirilir.
Məlumata görə, qəza nəticəsində Tural İsmayılov (1987) Göyçay – sürücü, Vüsal Məhərrəmov (1984) Elvin İsmayılov (1995) həlak olub.


