İstanbulda iki qrup arasında silahlı qarşıdurma yaşanıb.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Atışma nəticəsində iki nəfər yaralanıb, 10 avtomobilə ziyan dəyib.
Şübhəlilər hadisə yerindən qaçıblar.
Böyük qorxuya səbəb olan qarşıdurmadan sonra bölgəyə çoxlu sayda polis qrupları göndərilib. Hadisə yeri araşdırma qrupları 20 ədəd boş patron aşkarlayıb.
Hüquq-mühafizə orqanları axtarışları davam etdirir.