Əgər Tramp Ukraynada atəşkəslə bağlı danışıqlara başlasa, çoxları onu Putinin “fahişəsi” adlandıracaq.
Globalinfo.az xəbər verir ki, bunu “Atlantic Council”ın Avrasiya Mərkəzinin rəhbəri, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst deyib.
“Mən bilmirəm ki, Tramp necə hərəkət edəcək. Əgər o, sadəlövhlərin məsləhətinə qulaq assa və atəşkəslə bağlı danışıqlara başlasa, çoxları, o cümlədə respublikaçılar onu Putini “fahişəsi” adlandıracaqlar. Respublikaçılar Partiyası tərəfindən bu fonda tənqidlər olacaq. Lakin Tramp istəmir ki, onu zəif görsünlər. Əgər Ukraynanı Putinə versələr, bu, ABŞ üçün heç yaxşı olmayacaq” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az