“Küçə” Ermənistanda seçkinin mübarizə meydanına çevrilə bilər – Akopyan

“Ermənistanda küçələr seçki mübarizəsinin əsl meydanına çevrilə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Viden Akopyan deyib.

O, hesab edir ki, Ermənistanda növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə siyasi qüvvələr “küçə” ilə klassik seçki kampaniyasını birləşdirərək hibrid mübarizə aparmalı olacaqlar.

“Ermənistanda növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə küçə yürüşləri indiki hökumətin yenidən seçilməyəcəyinə yeganə təminat ola bilər. Əgər müəyyən qüvvələr hələlik hipotetik görünən növbədənkənar seçkilərdə iştirak etmək qərarına gəliblərsə, o zaman küçədəki prosesləri klassik seçki kampaniyası ilə birləşdirərək mahiyyətcə hibrid mübarizə aparmalıdırlar. Seçki kampaniyası təkcə klassik üsullarla (televiziya, seçicilərlə görüşlər) aparılmalı olacaq. Bununla yanaşı, “küçə” ciddi faktora çevriləcək”, – ekspert bildirib.

Müxalifət fraksiyalarının mandatlarının siyasi mübarizə aləti kimi rədd edilməsinə gəlincə, Akopyan bildirir ki, bu cür tezislər 2021-ci il seçkilərindən dərhal sonra müntəzəm olaraq səslənməyə başlayıb.

“Müxalifət deputatlarının mandatlarını tərk etməməsi isə hər dəfə onunla əsaslandırılırdı ki, nə vaxtsa impiçment mexanizmi işə düşə bilər.  Bu da hakimiyyətin dəyişdirilməsi alətlərindən biri kimi dəyərləndirilir. Mandatlardan imtina etmək faydasızdır. Aydındır ki, mandatlardan imtina özlüyündə konstitusiya, hüquqi, parlament böhranına gətirib çıxarmayacaq. Hətta bu məsələni gündəliyə daxil etsək, o zaman arqumentlərin “gecikmiş” olması məntiqlidir. Qalstanyanın 96 saatlıq fasiləsiz etiraz aksiyalarına çağırmasına gəlincə, parlament azlığı  “küçə” ilə koordinasiyalı şəkildə hərəkət etməlidir. Belə ki, parlamentdə mövcud olan resurs çatışmazlığı qismən də olsa, küçədən doldurulmalıdır. Bu, etiraz hərəkatının istifadə edəcəyi əsas taktiki alətdir”, – deyə Akopyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az