
Bakının “Kubinka” adlanan ərazisində “RR Constructions” MTK-nın apardığı tikinti işləri zamanı binanın təməlinin çökməsi sosial şəbəkələrdə rezonans doğurub. Belə ki, hadisə nəticəsində texnika çökən bünövrənin altında qalıb.
Globalinfo.az təfərrüatları öyrənmək üçün “RR Constructions” şirkəti ilə əlaqə saxlayıb.
Bildirilib ki, tikinti işlərinə cavabdeh şəxslər hazırda məşğuldur və buna görə açıqlama vermək mümkün deyil.
Saytımıza danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə hadisənin inşaat normalarına əməl olunmaması səbəbindən baş verdiyini deyib:
“Görünür, bəzi normativlərə riayət olunmayıb. Hər bir inşaat prosesi Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintiyə Nəzarət Agentliyinin nəzarəti altında aparılmalıdır. Bu zaman istifadə olunan armatur, beton və digər materialların keyfiyyəti yoxlanılır və müvafiq analizlər aparılır. Həmin analizləri nazirliyin aidiyyəti institutları həyata keçirir”.

Elnur Azadov
Ekspert əlavə edib ki, tikinti layihələri dövlət qeydiyyatına alınan və müvafiq ekspertizadan keçən sənədlərə əsasən reallaşmalıdır:
“Sadəcə “Kubinka”da işlər düzgün aparılmayıb və nəticədə xoşagəlməz hadisə baş verib”.
@oxuxeber❗️Bakının “Kubinka” adlanan ərazisində binanın təməlində çökmə olub. #bina #çökmə #təməl #bakı♬ News – AShamaluevMusic
Ləman Hüseynzadə
Globalinfo.az