“Kamala Harris bu illər ərzində bir çox sualla bağlı mövqeyini dəyişib”.
Globalinfo.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
O bildirib ki, Harrislə debatda yaşayacağı ən böyük problem də məhz budur.
“Nə gözlədiyimi təxmin edə bilmirəm. Harris bu illər ərzində bütün siyasətini dəyişib. Hərçənd bunun müsbət tərəfləri də var. Harrisin mövqeyini dəyişməsi işləri çox asanlaşdırır. Ona artıq etibar etmək olmaz”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Harrislə keçiriləcək görüş Trampın 2024-cü il seçkilərində ikinci, yeni rəqibinə qarşı isə ilk debatıdır. Eyni zamanda bu, Harrisin prezidentliyə namizəd kimi ilk ümumi seçki debatı olacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az