KTMT-yə sədrlik Qazaxıstana keçdi

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstana keçib.

Globalinfo.az xəbər verir ki, 2023-cü ildə təşkilata Belarus sədrlik edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daha əvvəl ölkəsinin KTMT-yə sədrliyinin prioritetlərini açıqlamışdı. Onun sözlərinə görə, təşkilat 2024-cü ildə BMT və onun strukturları, eləcə də MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını davam etdirməlidir.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.