“Krokus”da ölənlərin və yaralananların SAYI ARTDI

“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə qalxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

FHN ölənlərin yenilənmiş siyahısını dərc edib.

***15:30

“Krokus”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Krokus Sity Holl”da törədilən terror aktı zamanı yaralanan bir pasient xəstəxanada dünyasını dəyişib.

“Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan yaralılardan biri dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər”, – Muraşko vurğulayıb.

***12:08

Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.