“Krokus” terrorunda ölənlərin 84-nün kimliyi məlum oldu

“Krokus Siti Holl”da törədilən terror aktından sonra ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların arasında beşi 9-16 yaş arası uşaqlar olub.

İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.