Moskvada “Krokus Siti Holl”da konsert zalında terror aktı törətməkdə ittiham olunan 18 nəfər həbs edilib.
Globalinfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə , bu barədə Basmannı məhkəməsinin iş üzrə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı qərarında deyilir.
Cinayət işi üzrə 20 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, 18 nəfər barəsində məhkəmə həbs qətimkan tədbiri, iki nəfər barəsində isə ərazini tərk etməmək barədə yazılı vəsatətlə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətnaməyə əsasən, “Krokus”a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açılıb.
Hazırda 1,7 mindən çox insan zərərçəkmiş kimi tanınıb, 800-dən çox insan isə şahid qismində dindirilib.
Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskvada “Krokus Siti Holl”da konsert zalında ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub.














