“Krokus” teraktı ilə bağlı daha bir nəfər həbs edildi – FOTO

“Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı iş üzrə on birinci şəxs həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Moskvanın Basmannı məhkəməsi Tacikistan vətəndaşı olan müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.

Bununla “Krokus” teraktı ilə bağlı 11-ci şəxs saxlanılmış olub.

Xatırladaq ki, martın 22-də “Krokus Siti Holl” binasında törədilən terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.