“Krokus”dakı terror aktında ölənlərin sayı kəskin artdı – YENİLƏNİB

"Krokus"dakı terror aktında ölənlərin sayı kəskin artdı - YENİLƏNİB

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 150 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat verib.

Qeyd olunur ki, ölü sayının artacağı istisna edilmir.

***

Moskva vilayətində “Krokus Siti Holl”dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

Moskvada “Krokus Siti Holl” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi terror aktı nəticəsində ölənlərin sayının 93 nəfərə çatdığını bildirib.

***

Moskvada “Krokus Siti Holl” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 80 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Qeyd edək ki, digər mənbələr ölənlərin sayının 130-u ötdüyünü iddia edir.