“Krokus Siti Holl”a nə qədər ziyan dəyib? – Məbləğ

Rusiya Ticarət Mərkəzləri İttifaqı dünən baş vermiş hücum nəticəsində “Crocus City Hall”a dəymiş ziyanı 9,5-11,4 milyard rubl (102-120 milyon dollar) məbləğində qiymətləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA agentliyi məlumat yayıb.

Bildirilir ki, 1 kvadratmetr üçün ən azı 200 min rubl ziyan dəyib.

Həmçinin “Crocus City Hall” Moskvanın ən yaxşı konsert salonlarından biri olduğu vurğulanıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.