Türk ekspertdən “Krokus” teraktı barədə tam fərqli VERSİYA

“Moskvadakı “Krokus Siti Holl”a hücum edən şəxslərin qısa müddət öncə bir-birini tanıması, Rusiyaya yaxın dövlətlərin vətəndaşlarından seçilməsi və eyni dinə mənsub olması MOSSAD-ın taktikasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli professor Saleh Yılmaz deyib.

O, 2016-cı ilin dekabrında Rusiya səfiri Andrey Karlovun Türkiyədə qətlə yetirilməsini “Krokus”da baş verən terrorla müqayisə edib:

“Hücumu törətməkdə ittiham edilərək saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onlardan bəziləri hadisədən öncə Türkiyədən Rusiyaya getdiklərini açıqlayıblar. Terrorçular demək olar ki, rus dilini bilmirlər. Həmçinin hücumdan 10-12 gün əvvəl tanış olub, Moskvanın şimalında bir yataqxanada toplanıblar. Onlar hücumun sifarişçisi ilə görüşməyiblər, sadəcə Teleqram vasitəsi ilə təklif mesajı alıb, qəbul edib və hücumu törədiblər. Görüntülərə baxanda silahdan peşəkar istifadə etmədikləri də üzə çıxır. Bütün bu amillər klassik MOSSAD taktikasıdır”.

Professor bildirib ki, rəsmi Kreml də hadisənin arxasında Ukraynaya dəstək göstərən Qərb ölkələri və ABŞ-ın olmasından şübhələnir.

Ayşən Mustafa
Globalinfo.az