“Bosch” şirkəti Almaniyada iki zavodunu bağlamaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NEXTA” məlumat yayıb.
Zavodların bağlanmasına səbəb iqtisadi böhran göstərilir. İki müəssisə 2026-cı ildə fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, bu zavodlarda təmir-tikinti avadanlıqları və bağ üçün texnika istehsal olunur.
Aysel Əliyeva
Globalinfo.az