Kritik durum: Ukrayna AES ərazisinə dron hücumu etdi

Kritik durum: Ukrayna AES ərazisinə dron hücumu etdi

Ukrayna hərbçiləri Enerqodardakı Zaporojjya Atom Elektrik Stansiyasının (AES) ərazisindəki unikal təlim mərkəzinə hücum ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Telegram kanalında infrastruktur obyektinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada hücumun iyulun 13-də baş verdiyi vurğulanıb.

Ukrayna ordusu dünyada yeganə tammiqyaslı reaktor zalı simulyatorunun yerləşdiyi təlim mərkəzində üç pilotsuz uçan aparatı işə salıb. Zərbə stansiyanın birinci enerji blokundan təxminən 250-300 metr məsafədə həyata keçirilib. Xoşbəxtlikdən hücum nəticəsində yanğın baş verməyib və kritik dağıntı qeydə alınmayıb”, – mətbuat xidməti əlavə edib.

Hzırda AES əməkdaşları stansiyaya dəymiş ziyanı qiymətləndirir. Eyni zamanda, obyekt adi iş rejimində fəaliyyətini davam etdirir.

 Əliyar Xəlil
Globalinfo.az