Krımda dəmir yolu partladıldı: qatar yoldan çıxdı

Krımda dəmir yolu yenidən partladılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, dəmir yolunun Petrovo-Vladislavovka hissəsində baş verən partlayış nəticəsində yük qatarının birinci vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində itki olmadığı bildirilir.