Zelenski Putini və Rusiyanı məğlub etməyin yolunu AÇIQLADI

Putini “göydən yerə” endirmək lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Ukrayna Rusiyanı və onun lideri Vladimir Putini “göydən yerə” endirə bilər. Amma bunun üçün təcili olaraq Ukrayna Silahlı Qüvvələrinin beş ehtiyacını ödəmək lazımdır.

Onun sözlərinə görə, ukraynalılara “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, uzaq mənzilli silahlar, aviasiya və təchizat azımdır.

“Biz bunu birbaşa deyirik: Müdafiə üçün bizə daha yeddi “Patriot” və ya oxşar hava hücumundan müdafiə sistemi lazımdır. Bu, minimum rəqəmdir. Onlar bir çox insanın həyatını xilas edə və real fərq yarada bilər”, – prezident bildirib.

Ukrayna Silahlı Qüvvələrinə daha uzun mənzilli raketlər və artilleriya da lazımdır.

“Döyüşçülərimizin əlində uzaqmənzilli silahlar nə qədər çox olsa, sülh də bir o qədər yaxın olacaq. Uzaqmənzilli raketlərə və artilleriyaya indi cəbhə xəttində çox ehtiyac var. Ukraynaya müasir aviasiya lazımdır. Hazırda qırıcıların koalisiyası var. Ona görə də Rusiya hava donanmasını real şəkildə dəf etmək üçün kifayət qədər təyyarə lazımdır. Bu il qərarların qəbul edilməsini gözləyə bilmərik. Xahiş edirəm ki, xahişimizə tez bir zamanda baxasınız”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az