Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
*** 16:24
“Krım körpüsünə hücum edilib”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Ukrayna mediası iddia irəli sürüb.
Lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib.
“Belə bir şey yoxdur”, – deyə regional idarənin nümayəndəsi bildirib.
Bundan əvvəl Ukrayna qüvvələrinin Krım körpüsünə növbəti hücuma cəhd etdiyini qeyd edilmişdi.
Məlumata görə, gücü 1100 kiloqram trotil ekvivalentində olan partlayıcı qurğu iyunun 3-də saat 04:44-də işə salınıb. Rayonun yerli sakinləri səhər saatlarında bir neçə partlayış səsi eşitdiklərini deyiblər. Təxminən eyni vaxtda Krım körpüsündə də nəqliyyatın kəsildiyi, bundan sonra hərəkətin bərpa edildiyi açıqlanıb.
Əliyar Xəlil
Globalinfo.az














