Kretyen Trampa meydan oxudu: Hər iki dünya müharibəsində…

Kretyen Trampa meydan oxudu: Hər iki dünya müharibəsində...

“Kanadalılar öz müstəqilliklərini dəyərləndirirlər. Təhdid və təhqirlər onları yolundan döndərməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kanadanın keçmiş baş naziri Jan Kretyen ABŞ-ın keçmiş prezidenti Donald Trampa müraciətində deyib.

“Kanada hər iki dünya müharibəsinə ABŞ-dan əvvəl daxil olub, vuruşub və təsəvvür etdiyimizdən daha çox itki verib. Kanada sizin bizi İraqda ədalətsiz və qeyri-stabil müharibəyə cəlb etmək cəhdinə “yox” demək cəsarətinə sahib olub”, – o bildirib.

Kretyen Kanadadakı federal və yerli siyasətçilərdən dayanıqlılıq göstərməyi xahiş edib:

“Siz hokkeyi yalnız müdafiədə oturaraq uda bilməzsiniz. Biz bilirik ki, hətta mister Trampı razı salsaq belə, o başqa tələblə qayıdacaq. Bu, diplomatiya deyil, şantajdır”.

Qeyd edək ki, Tramp bundan öncə Kanadaya gömrük tariflərini 25% artıracağını bildirib. O həmçinin Kanadanı ABŞ-ın 51-ci ştatı edəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az