Kremlin sülh planı məhv olur: Paşinyan Moskvada razılaşmayacaq

Bu gün Moskvada Əliyevlə Paşinyan arasında keçirilən görüşdə ciddi nəticələr əldə olunmayacaq, çünki Nikol münasibətlərin normallaşması üçün Qərb variantını dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.

“Bugünkü üçtərəfli görüşlə əlaqədar olaraq bəzi detallar bəllidir. XİN-dəki mənbəmiz bu gün Moskvada hansısa konkret razılığın əldə olunacağına inanmadığını bildirib. Yumşaq desək, erməni tərəfi Rusiyanın təkliflərindən daha çox, Qərbin təkliflərində maraqlıdır.

Mənbəmiz həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin birinci müavini Derek Hoqanın Vaşinqtonun Azərbaycan və Ermənistana ən mübahisəli məsələlərin həlli üçün öz təkliflərini təqdim etməsi ilə bağlı açıqlamasının təsadüfi olmadığını söyləyib”, – qəzet yazıb.

İlkin Həsənov
Globalinfo.az