
İstənilən müharibənin bitməsi üçün ilk addıma – sükuta yaxınıq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.
“Atəşkəs dövründə, sakitlik elan olunduğu zaman biz sülhlə bağlı etibarlı plan hazırlayıb masaya qoya, detallarını müzakirə edə və həyata keçirə bilərik”, – o yazıb.
Zelenski həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin itkiləri və iqtisadi vəziyyəti ilə bağlı düzgün informasiya çatdırmır, Kreml tərəfindən təqdim olunan şərtlər isə Moskvanın müharibəni bitirmək istəməməyini göstərir.
“Masamızda artıq ABŞ-ın quruda, dənizdə və cəbhədə sükutla bağlı təklifləri var və Ukrayna onu qəbul etməyə hazırlaşır.
Bununla da təhlükəsizliyə doğru sürətlə hərəkət edə bilərik. Bu müharibənin dayandırılmasına və dayanıqlı sülhə doğru”, – o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az