Kremlin Qafqaz ümidi: Minsk Qrupunu bərpa etmək cəhdi

Kremlin Qafqaz ümidi: Minsk Qrupunu bərpa etmək cəhdi

Rusiya və Qərb arasında ümumi geosiyasi fon Cənubi Qafqazdakı situasiyaya da neqativ təsir edir, amma ehtiyatla söyləmək olar ki, bu vəziyyət dəyişəcək.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında fəaliyyət faktiki olaraq iflic olub:

“Makron dedi ki, Rusiya Cənubi Qafqazda destruktiv rol oynayır və konflikt vəziyyətini müdafiə edir. Bu da ona regionda təsirini təmin etməyə kömək edir. Lakin buna Moskvadan çox sərt reaksiya gəldi. Təkcə bu polemikanın özü göstərir ki, ATƏT Minsk Qrupunun tam formatda bərpası çətin ki mümkün olsun. Digər tərəfdən bu qrupun üzvləri məsuliyyəti üzərinə götürüb və formal olaraq onu buraxmağa hələ hazır deyillər. Bununla belə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatlarının aktiv fazasının bitməsi halında bu formatın bərpası perspektivi daha real olacaq. Bu əməliyyat Rusiyanın Qərb ölkələri ilə qarşılıqlı fəaliyyətini çətinləşdirir və Cənubi Qafqazda fəaliyyət koordinasiyası imkanlarını azaldır. Əgər Cənubi Qafqaz və Qarabağ məsələsini götürsək, bu, nadir məsələlərdəndir ki, Rusiya ilə Qərb arasında prinsipial fikir ayrılıqları yoxdur”.

Qeyd edək ki, Azərbaycan daha əvvəl dəfələrlə ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını bildirib.

İlkin
Globalinfo.az