000 33979Q9 2

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna lideri Volodimir Zelenski ilə hər hansı bir görüş barədə razılaşma yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir. Kreml sözçüləri həmçinin vurğulayıblar ki, Rusiya-Ukrayna danışıqlarının səviyyəsini yüksəltmək üçün hələlik konkret təkliflər irəli sürülməyib.

Bu açıqlama Ukraynada sülh və təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq danışıqlar fonunda diqqət çəkir.

Rusiya tərəfi hazırkı mərhələdə bütün təşəbbüslərin birtərəfli və Moskvanın maraqlarını nəzərə almayan xarakter daşıdığını bildirir və dialoqun yalnız qarşılıqlı anlaşmaya əsaslanması şərti ilə irəliləyə biləcəyini vurğulayır.

Tahir Turan
Globalinfo.az

Paylaş: