Kremldən Maskın siyasi sığınacaq sorğusuna reaksiya

Kremldən Maskın siyasi sığınacaq sorğusuna reaksiya

Kremlin mətbuat katibi Dmitri Peskov amerikalı adamı İlon Maska siyasi sığınacaq verilməsi ilə bağlı iddiaları şərh etməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

“Əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin və ya Maskın açıqlamalarını gözləyək”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinə amerikalı sahibkar İlon Maska ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı sorğu daxil olduğu açıqlanıb.

Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı danışıb.

Əliyar Xəlil
Globalinfo.az