İsraildə etirazlar başladı: Bu tələblər səsləndirilir

İsrailin paytaxtı Təl-Əvivdə yenidən etiraz aksiyası keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları növbədənkənar seçkilərin keçirilməsini və Həmas tərəfindən saxlanılan girovların azad olunmasını tələb edirlər.

Polis nümayişin qarşısını almaq üçün Begin və Kaplan küçələrinin bəzi hissələrini, eləcə də Ayalon şossesinə yaxın bütün çıxışları bağlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az