Kreml Paşinyana dərhal cavab verdi

Ermənistan Rusiyanın çox yaxın müttəfiqi olaraq qalır. Onunla dialoq davam etdiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın KTMT təlimini keçirməkdən imtina etməsini şərh edərkən deyib.

“Bu, Ermənistan baş nazirinin kifayət qədər yeni bəyanatıdır. Düşünürəm ki, KTMT-dəki həmkarların müzakirəsi olacaq, Ermənistanın mövqeyinin detalları aydınlaşdırılacaq. İstənilən halda Ermənistan bizim çox yaxın müttəfiqimizdir. Biz dialoqu hətta ən çətin məsələlərdə də davam etdirəcəyik”, – o bildirib.

Aqşin
Globalinfo.az