moskva 12

“ABŞ da daxil olmaqla, bütün ölkələrlə münasibətlərini inkişaf etdirmək Ermənistanın suveren hüququdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, erməni dostlarımızın suveren hüququdur. Ermənistanın bütün azimutlar üzrə münasibətlərini inkişaf etdirmək haqqı var. Biz əvvəlki kimi bundan çıxış edirik ki, Ermənistanla öz ikitərəfli münasibətlərimiz var. Bu münasibətlərə qiymət veririk, onları gələcəkdə də inkişaf etdirmək niyyətindəyik”, – Peskov bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, proses fonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi əldə edilən razılaşmaya əsasən ABŞ-la strateji əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: