Kreml Soçidə liderlərin üçtərəfli görüşünün keçiriləcəyini təsdiqlədi

Kreml Soçidə liderlərin üçtərəfli görüşünün keçiriləcəyini təsdiqlədi

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşü olacaq.

Globalinfo.az bildirir ki, APA-nın  verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”, – Kremlin yaydığı məlumatda qeyd olunub.

Putinin Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüşü də nəzərdə tutulub.