Rusiya hökuməti Kursk vilayətində əmlakını itirmiş vətəndaşlara 150 min rubl ödəyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat qeyd olunub.
Nazirlər Kabinetinin Kurskda əmlakını tamamilə itirmiş şəxslərə birdəfəlik ödənişlər üçün ehtiyat fondundan vəsait ayırdığı açıqlanıb. Bunun üçün ümumilikdə 850 milyon rubl civarında ödənişin edilməsi nəzərdə tutulur.
Yardım üçün vilayət qubernatoru əmlakını itirmiş sakinlərin siyahısını ölkənin Fövqəladə Hallar Nazirliyinə təqdim edəcək.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində həyata keçirdiyi əməliyyatlar davam edir. Rusiya ordusunun əks-hücum nəticəsində 10-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














