Bakı ermənisinin prezident olacağı iddiası – “Əgər o, hakimiyyətə gəlsə…”

Bakı ermənisinin prezident olacağı iddiası - “Əgər o, hakimiyyətə gəlsə…”

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun (Avakyan) hazırkı Prezident Vladimir Zelenskinin yerinə gətirilməsi ssenarisini hazırlayır. Sözügedən xəbər haqda danışan Avakov bunu təkzib edib.

Ümumiyyətlə, Arsen Avakov necə siyasətçidir? Onun hakimiyyətə gəlməsi nə qədər realdır?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Arsen Avakov erməni əsilli ukraynalı siyasətçidir:

“Kifayət qədər nüfuzu, gücü var, amma mövqeyini tez-tez dəyişib, siyasi konyukturaya uyğun hərəkət edir. Yəni çox rahat şəkildə köhnə komandanı yeni komandaya sata bilər. Misal üçün vaxtında Ukraynanın keçmiş prezidenti Yanukoviçin komandasını tərk edərək Poroşenkonun komandasına keçdi. Daha sonra isə onu da tərk edərək Zelenskiyə dəstək verdi. Zelenski ilə ilk vaxtlar arası yaxşı olsa da, yekunda onunla da münasibətlər pozuldu.

Bakı ermənisinin prezident olacağı iddiası - “Əgər o, hakimiyyətə gəlsə…”

Turab Rzayev 

İndiki məqamda yalnız Rusiya Avakovu hakimiyyətə gətirmək istəyər. Onun rus mafiyası, biznesmenləri ilə yaxşı münasibətləri var. Yəni A.Avakov hakimiyyətə gəlsə, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışa bilər, amma Qərb çətin ki, buna icazə versin”.

Turan Rzayev
Globalinfo.az