Paşinyan Putini hədələdi – Kremldən cavab gəldi

“Rusiya Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl erməni tərəfdaşlarından müəyyən təminatlar almağa ehtiyac duyur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O xatırladıb ki, Ermənistan Roma Əsasnaməsini ratifikasiya edib:

“İrəvanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Rusiya prezidentinin səfəri ilə bağlı məsələ isə ikitərəfli dialoq çərçivəsində həll olunmalıdır. Biz bunun həllində qərarlıyıq”.

Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini əhalinin qeyri-qanuni deportasiyasından ibarət hərbi cinayətlərdə iştirak etməkdə ittiham edib və barəsində həbs qərarı çıxarıb. Həmin ilin oktyabrında isə Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Ermənistanın Baş naziri Paşinyan Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində bildirmişdi ki, Putinin İrəvana gələrkən həbs olunmayacağına təminat verə bilməz.

Ayşən Mustafa
Globalinfo.az