Kreml “Taxıl sazişi” haqda qərarını elan etdi

“Taxıl sazişi” ilə bağlı razılaşmalar faktiki olaraq dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Bu gün Qara dəniz sövdələşməsi öz qüvvəsini itirdi. Rusiya Federasiyası prezidentinin bir qədər əvvəl dediyi kimi, son tarix iyulun 17-dir. Təəssüf ki, razılaşmanın Rusiya ilə bağlı hissəsi hələ də yerinə yetirilməyib. Ona görə də bu razılaşma dayandırılır”, – Peskov bildirib.

Peskov razılaşmanın Rusiya ilə bağlı maddələri yerinə yetirildikdən sonra sövdələşmənin icrasına yenidən başlanıla biləcəyini söyləyib.

Ayşən Mustafa
Globalinfo.az