Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl Kral III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcəklər.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı kral ailəsinin bioqrafı Ancela Levin açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb Bukingem sarayının mərasimə Harri və Meqanın övladlarını dəvət etməkdən imtina etməsi olub.
O bildirib ki, Harri və Meqan eyvanda kral ailəsi ilə birgə dayanmaq və övladları şahzadə Arçi üçün “Happy Birthday” mahnısını oxumağı tələb edib. Şahzadə Arçinin doğum günü tacqoyma gününə təsadüf edir: “Cütlüyün heç bir tələbinə razılıq verilməyib, bu səbəbdən də onlar mərasimdə iştirak etməyəcək”.
Xatırladaq ki, Kral III Çarlzın tacqoyma mərasimi mayın 6-sı baş tutacaq.














