Kralın gəlini ilə bağlı ilginc detal

Uels Şahzadəsi Keyt Middleton ABŞ-də gizli müalicə olunur.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Life & Style” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Şahzadə Uilyamın həyat yoldaşı bir neçə dəfə Texasın Hyuston şəhəri yaxınlığında görüntülənib.

Onun Texas Universitetinin Xərçəng Mərkəzində müalicə aldığı ehtimal olunur. Lakin Kensinqton sarayının nümayəndəsi məlumatı təkzib edib.

Qeyd edək ki, sözügedən mərkəzdə aktrisa Kelli Preston, futbolçu Terri Bredşou və gitaraçı Eddi Van Halen də müalicə olunub.

Xatırladaq ki, bu ilin martın 22-si Keyt Middleton kimyaterapiya aldığını açıqlayıb. Şahzadə bildirib ki, onda xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.

Uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.