Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo” bu barədə UEFA-nın rəsmi saytı istinadən məlumat yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-də yox, sentyabrın 14-də keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə belə qərar qəbul olunub.
Beləliklə, görüş sentyabrın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.
“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq.















