Böyük Britaniyada Kraliça II Yelizavetaya məxsus olan 2007-ci il istehsalı yolsuzluq avtomobili “Range Rover” hərraca çıxarılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kraliçaya aid avtomobilin 50-60 min funt sterlinqə (təxminən 66 500-80 000 ABŞ dolları) satılacağı təxmin edilir.
Qeyd edək ki, Kral ailəsi, xüsusilə də II Yelizaveta “Range Rover” markasının pərəstişkarı olub. Kral qarajında bu markaya məxsus bir çox yolsuzluq avtomobilləri yer alıb.
Xatırladaq ki, Kraliça II Yelizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib.



















