Böyük Britaniya kralı III Çarlz təbəələrinə pişiklərlə yaşamağı qadağan edir.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, məhdudiyyətlər kralın icarəyə verdiyi daşınmaz əmlakda yaşayanlara şamil edilir.
Söhbət Sandringam sarayının ərazisindəki evlərdən gedir. Mənzil ən azı bir illik icarəyə verilə bilər və namizədlər hərtərəfli yoxlanılır. Bununla belə, pişiklərlə birlikdə yaşamaq qadağan olunsa da, bu itlərə şamil edilmir.
Pişiklərlə yaşamaq onların saraydakı quşları ovlayacağı qorxusuna görə qadağan edilir.
Böhran fonunda elit kral malikanələrinin kirayə qiymətləri aşağı düşüb.














