Krala yenə yumurta atdılar – VİDEO

Böyük Britaniya kralı III Çarlz yenidən yumurta hücumuna məruz qalıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bedfordşir qraflığında Luton şəhərində baş verib.

Məlumata görə, kral şəhərin mərkəzində gəzərək sakinlərlə söhbət apardıqda bir nəfər ona yumurta atıb. İnsidentin ardınca təhlükəsizlik xidmətinin əməkdaşları kralı kütlədən kənara çəkiblər.

Polis 74 yaşlı Çarlza yumurta atan şəxsi saxlayıb. İlkin məlumata görə, həmin şəxs 20 yaşlı bir gəncdir.

Xatırladaq ki, oxşar hadisə noyabrın 9-u da baş verib. Bu zaman York şəhərində naməlum bir şəxs kral və onun xanımı Kamillanın üzərinə yumurta atmışdı.