Kral qvardiyasına qarşı terror aktı…

Kral qvardiyasına qarşı terror aktı...

Böyük Britaniyada polis əməkdaşları kral III Çarlzın mühafizəçisinə qarşı terror aktının qarşısını alıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sun” qəzeti yazır.

Bildirilir ki, ötən həftə polis Slau şəhərində hücum və yanğın törətmək məqsədilə silah saxlamaqda şübhəli bilinən gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Təcavüzkarın təkbaşına hərəkət etdiyi güman edilir.

Təhlükəsizliyə görə Koldstrim Qvardiyası personalına iki gün ərzində hərbi geyimdə kazarmadan çıxmamaq əmri verilib. Kazarmalar kral iqamətgahı olan Vindsor qəsrinin yaxınlığında yerləşir.