Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı “diplomatik vasitələrin tükəndiyi” bəyanatına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə senator özünün teleqram kanalında yazıb.
Kosaçev qeyd edib ki, Almaniya – xüsusilə də kansler Merz artıq diplomatiyadan imtina edərək müharibə yolunu seçib:
“Axı, diplomatiya ‘tükənmiş hesab ediləndə bu, birbaşa müharibəyə hazırlıq deməkdir. İndi Avropa, Almaniyanın rəhbərliyi altında Rusiya ilə müharibəyə hazırlaşır”.
Senatorun sözlərinə görə, Berlinin Kiyevə silah tədarükünü davam etdirməsi də bunun bariz göstəricisidir. O, bu mövqeyin Avropanın sülh yolu ilə həll cəhdlərindən uzaqlaşdığını sübut etdiyini vurğulayıb.
Tahir Turan














