Körpələr evində niyə istilik problemi yaranıb? – Açıqlama

20 saylı “Lalə” körpələr evində istilik sistemi olmadığından otaqların isidilməsi qızdırıcılar vasitəsilə həyata keçirilir və bu da öz növbəsində naqillərin yüklənməsinə səbəb olur.

Bu barədə Globalinfo.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər üzrə Təhsil Sektorundan bildirilib.

“Yüklənməni aradan qaldırmaq məqsədilə sayğac dəyişdirilib. Uşaq bağçasının əsaslı təmir olunması nəzərdə tutulur”, – məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl Mingəçevir şəhərində yerləşən 20 N-li “Lalə” körpələr evi uşaq bağçasının biabırçı vəziyyətdə olması ilə bağlı redaksiyamıza şikayət daxil olub. Bildirilib ki, bağçada təmir işləri aparılmayıb və elektrik xətləri işləmir, otaqlar isə odun peçi ilə qızdırılır.

Zaira Akifqızı
Globalinfo.az