Ölkədə koronavirusla bağlı son vəziyyət – Yoluxanlar…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 124 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 174 nəfərdir.

Ölkədə son sutka ərzində 800, hazırkı dövrədək isə 7 597 287 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.